12 Dekabr 2019, Cümə axşamı - 02:28

S.Peres seriyasını davam etdirmək istəyir

S.Peres seriyasını davam etdirmək istəyir

Müəllif: Rauf Hacıyev, redaktor

10:05 - 13 Noyabr, 2019

Racing Point komandasının sürücüsü Serxio Peres növbəti Braziliya yarışından da xallar almaq istəyir.

F-1.az xatırladır ki, meksikalı sürücü mövsümün ikinci yarısında 7 yarışın 6-da onluğa girərək, 31 xal toplayıb.

Serxio Peres: “Artıq mövsüm bitir. Orta qrupda nəticələr yaxındır və mövsümü beşinci yerdə bitirə bilərik. Bunun üçün Braziliyada yaxşı xallar qazanmalıyıq. Braziliyanı sevirəm. Burada insanlar Meksikadakı istiqanlıdır. Tribunalar da həmişə dolu olur.

İnterlaqos çox qısadır və kartinq traslarını xatırladır. Burada mükəmməl dövrə vurmaq çətindir. Yaxşı dövrə vurmaq üçün doğru trayektoriya seçmək və porebriklərə hücum etməlisiniz. Hava da vacib amillərdəndir. Tez-tez yağış yağır. 2016-cı ildəki yarış inanılmaz idi”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 64
Teqlər , , ,
Paylaş

logo