Ş.Lekler: Çox şey öyrəndim

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, bu il gələn mövsüm üçün çoxlu təcrübə qazanıblar.

F-1.az xatırladır ki, Lekler bu il ilk 3 yarışdan ikisini qazansa da, sonradanan geriləyib. O, sonrakı 17 yarışın sadəcə birində qalib gəlib. Monakolu sürücü ya öz səhvlərindən ya da komandasının etdiyi səhvlərdən gerilərə düşüb.

Şarl Lekler: “Strategiya və komunikasiya mövzusunda dərs çıxardım. Vaxtımızı da düzhgün idarə etməyi öyrəndik. Lakin daha çox işləməliyik, ancaq doğru yoldayıq. Bunu göstərmək üçün hər şeyi bir araya gətirməliyik.

Çempionluq uğrunda mübarizə aparmağın çox faydası oldu. Çox şey öyrəndim. İrəliyə doğru addım atdım və belə davam etməliyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*