San Paulu-2026: Trasda dəyişikliklər və ötmə zonaları

San Pauluda həftəsonu başlamazdan əvvəl FIA trasda edilmiş dəyişikliklərdən danışıb və ötmə zonalarının, eləcə də düzlüklərdə hərəkət zamanı aktiv aerodinamikadan istifadə olunan SM (Straight Mode) sahələrinin yerləşməsini təsdiqləyib.

Keçən illə müqayisədə trasda 3-cü döngənin çıxışından 5-ci döngənin çıxışına qədər və 8-ci döngənin çıxışından 9-cu döngənin çıxışına qədər olan hissələrdə örtük qismən yenilənib. 1-ci, 4-cü və 12-ci döngələr apeksindən əvvəl sağ tərəfdəki süni otluq sahə beton plitə ilə əvəz olunub.

Döngələr əksəriyyətində tras limitlərini göstərən mavi xətlər əlavə olunub. 2-ci, 8-ci və 10-cu döngələrdə daha alçaq sarı porebriklər quraşdırılıb.

5-ci və 6-cı döngəlar arasında sol tərəfdə qırıntılardan qorunmaq üçün baryerlər quraşdırılıb. İşıqlı indikator panelləri elə tənzimlənib ki, onlar yerdən eyni hündürlükdə yerləşsin.

Brazilian Grand Prix

İnterlaqos trasında bir ötmə zonası var. Əgər sürücü 12-ci döngədən 20 metr sonra rəqibin maşınının bir saniyədən az gerisində olacaqsa, o, 13-cü döngədən 30 metr sonra ötmə rejimini aktivləşdirə biləcək və əlavə elektrik enerjisi alacaq.

İki SM zonası iki altbölməyə ayrılıb – aktiv aerodinamikanın trasla normal ilişmə şəraitində istifadə olunduğu hissələrə (arxa və ön qanadın açılması mümkündür) və ilişmənin az olduğu şəraitdə istifadə olunduğu hissələrə (yaş trasda yalnız ön qanadın açılması mümkündür).

Normal ilişmə şəraitində aktiv aerodinamikadan 14-cü döngədən 40 metr sonra və 3-cü döngədən 10 metr sonra başlayan hissələrdə istifadə etmək olar.

İlişmənin az olduğu şəraitdə aktiv aerodinamikadan 15-ci döngədən 40 metr əvvəl və 3-cü döngədən 60 metr sonra başlayan hissələrdə istifadə etmək olar.

, , ,