“Liverpool” klubunun sahibləri Cadillac-da pay almağa iddialıdırlar

Cadillac F1-in səhmdar strukturu həqiqətən də dəyişə bilər və komandanın aktivlərinə artıq bir neçə iddiaçının olduğu barədə dünən məlumat vermişdik.

Londonun talkSPORT radiostansiyasının məlumatına görə, belə iddiaçılardan biri də “Liverpool” futbol klubunun da sahibi Amerikanın Fenway Sports Group (FSG) holdinqi olub.

FSG-nin əsas səhmdarlarından biri amerikalı milyarder Con Henri II-dir. O, “Liverpool”la yanaşı, “Boston Red Sox” beysbol klubunun iqtisadiyyatına, eləcə də NHL-in məşhur komandalarından olan “Pittsburgh Penguins”ə nəzarət edir. Bununla belə, ötən yay “Boston”un səhmlərinin 38%-i Amazon-un təsisçisi Ceff Bezosun rəhbərlik etdiyi konsorsiuma satılıb.

Holdinq biznesini kifayət qədər uğurla aparıb. Təkcə onu demək kifayətdir ki, 2010-cu ildə “Liverpool” ona 300 milyon funt sterlinqə başa gəlib, hazırda isə klub 5.5 milyard dəyərində qiymətləndirilir. FSG-nin avtoidman aktivləri ilə iş təcrübəsi də var: NASCAR seriyasında çıxış edən RFK Racing komandasının səhmlərinin 50%-i ona məxsusdur.

Cadillac F1 səhmlərinin payı 3 milyard dollar qiymətləndirilir, hərçənd TWG Global şirkəti hələlik komandanın aktivlərinin mütləq satılacağını təsdiqləmir.