Kamara San Pauluda Börmanın komanda yoldaşı olacaq

San Paulu Qran Prisi ərəfəsində Haas təsdiqləyib: Esteban Okon artıq 2026-cı il dünya çempionatında komandanın heyətində çıxış etməyəcək.

Ayo Komatsu: “Biz artıq Esteban Okona bildirmişik ki, bu mövsüm o, komandamızın maşınının sükanına qayıtmayacaq. Belə qərarlar heç vaxt emosiyalarla qəbul olunmur, Meksikada da belə idi, indi də hesab edirik ki, bu, uzunmüddətli perspektivdə komandanın maraqlarına uyğundur.

Komanda ilə Esteban arasında baş tutmuş söhbətlər daxili məsələ olaraq qalır və biz bundan sonra da özəl danışıqların məxfiliyinə hörmət edəcəyik.

Gələcəyə gəlincə, biz Rafael Kamaranı San Pauluda Oliver Börmanın komanda yoldaşı kimi seçmişik. O, avqustda əvvəlki illərin maşını ilə testləri parlaq keçirib, biz Rafanın bacarıqlarını yaxşı bilirik və bu həftəsonu onu komandada salamlamağı, həmçinin Braziliyada VF-26-nın sükanı arxasında Formula1-də debütü zamanı onunla işləməyi səbirsizliklə gözləyirik”.

, , ,