M.Şumaxer özünü evindəki kimi hiss edib

Haas komandasının sürücüsü Mik Şumaxer problemlərə baxmayaraq VF-21-dən razı qalıb.

F-1.az bildirir ki, əfsanəvi Mixael Şumaxerin oğlu günün ilk yarısında trasa çıxıb və cəmim15 dövrə vura bilib.

Mik Şumaxer: “Daha çox məsafə qət etmək istırdim, amma əla idi. Ötürmələr qutusundakı problemlərə görə boksda çlx qaldım və bolidi az sürdüm. Sözün açığı, hava şəraiti yaxşı deyil. Trasın üzərində qum fırtınası var idi. Lakin belə şəraitdə belə bolidi sürmək istəyirəm.

Küləkli havalarda bolid özünü pis aparır. Buna öyrəşmək çətindir. Müasir Formula1 bolidləri küləyə qarşı çox həssasdırlar və hər şeyi hiss edirsiniz. Buna görə də əksər sürücülər təkərləri bloklayırdılar. Ümid edirəm ki, sabaha hər şey düzələr.

Dövrələr atmaq yaxşıdır, çünki hər dövrə vacibdir. Təcrübə qazanıram. Trasa çıxmaq və bolidin rejimlərini tapmaq gözəldir. Boksda boş-boş oturmaqdan yaxşıdır”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*