M.Şumaxer: Əbu Dabi pis yarış oldu

Haas komandası ilə son yarışı Əbu Dabidə rəqibi Latifi ilə təmas yaşayan Mik Şumaxer bildirib ki, onun önünə çıxacağını gözləmirmiş.

F-1.az xatırladır ki, almaniyalı sürücü son yarışında Latifi ilə təmas edib və cərimələnib. Nəticədə isə 16-cı yeri tutub.

Mik Şumaxer: “Yeni bolidləri sürəndə ətrafı görmək çətin olur. Bolid, təkərlər və sükanı görürsünüz. Deyəsən Latifinin əyləcləri boşaldı və tras xaricinə çıxdıqdan sonra yenidən qayıtdı. Onu gözləmirdim. Əsəbpozucu təmas idi. Təmasdan sonra bir neçə dövrə vursam da, təkərlər yeyilmişdi. Çox pis yarış oldu”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*