Kimi Antonelli: Bunlar möhtəşəm iki gün oldu

Kimi Antonelli San Pauluya qüvvədə olan dünya çempionu statusunda və qələbə hədəfi ilə gəlib…

Kimi Antonelli: “Mən 2018-ci ildə başlayan bu layihədə iştirak edən hər kəsə və Mercedes-ə hər zaman minnətdar olacağam. Keçən il məni birbaşa Formula 1-də zavod komandasının sükanı arxasına əyləşdirməklə böyük riskə gediblər, bilirsiniz ki, bu proses çətinliksiz keçməyib. Bəzən mənim üçün həqiqətən çox ağır olub, amma komanda bütün bu müddətdə yanımda olub. Onlar mənim yetkinləşməyimə kömək ediblər.

Biləndə ki, səni dəstəkləyirlər, insanların fikrinin çətin dönəmdə belə dəyişmədiyini görmək problemlərin öhdəsindən gəlməyə kömək edir. Mən bilirdim ki, məndən gözlənilən səviyyəni göstərə bilməyəndə belə, komandanın tam dəstəyi yenə də mənimlə olub. Anlamışam ki, onların hamısına arxAlana bilərəm, onlar həmişə yanımda olacaqlar. Bu, mənə böyük inam verib.

Qələbəni qeyd edəndə bunlar möhtəşəm iki gün olub, amma baş verənləri hələ də tam dərk etməmişəm. Şübhəsiz ki, çox xoşbəxtəm. Hələ də buna inana bilmirəm.

Amma qarşıda yeni uik-end var, biz yenidən iş başındayıq. Braziliyaya gəlmişik və qalib gəlmək, bu mövsümü yüksək notda başa vurmağa çalışmaq istəyirik. Bunlar inanılmaz iki gün olub. Dəstək sadəcə möhtəşəm olub. Çoxlu mesaj almışam, amma indi yeni uik-endin başlanmasını səbirsizliklə gözləyirəm.

Fetteldən gələn mesaj çox dərin idi, orada çox məna və gələcək üçün çoxlu məsləhət var idi. Ona görə də bu, mənim üçün çox xoş olub. Digər sürücülərdən də mesajlar almışam – Maksdan, Lyuisdən, Şarldan. Hamı mənə qarşı çox mehriban olub. Landoda həmçinin. Mən belə hörmət və dəstəyə görə çox xoşbəxtəm və minnətdaram”.