Toto Volff: Ferrari-nin Antonelliyə olan marağı başa düşüləndir

Kimi Antonelli Formula1-də ikinci ilini keçirir və mövsümün on yarışı başa çatdıqdan sonra sürücülər çempionatına inamla başçılıq edir. Gənc italiyalı pilotun artıq böyük bir azarkeş ordusu var və paddokda Ferrari-nin Kimiyə maraq göstərdiyi barədə danışılmasına təəccüblənmək olmaz.

Kiminin Formula1-ə gəlməsinə səbəb olmuş Mercedes komandasının rəhbəri Toto Volff hesab edir ki, əgər Ferrari Antonelliyə bu qədər ehtiyac duyursa, bu məsələyə bir neçə il əvvəl diqqət yetirməli idi.

“Biz onların Kimiyə marağından xəbərdarıq, – deyə Toto Volff RTBF efirində danışıb. – Amma Kimi 11 yaşından etibarən Mercedes sürücüsüdür. Ferrari bu məsələ ilə 6, ya 7 il əvvəl məşğul olmalıydı; yalnız indi İtaliyada yaxşı sürücü olduğunu başa düşməyə başlayıblar. Aydındır ki, onlar italyan sürücünü əldə etmək üçün əllərindən gələni edəcəklər”.

Ferrari-də çıxış etmiş son italyan sürücü Cankarlo Fizikella olub. 2009-cu ildə o, Skuderiyanın heyətində zədələnmiş Felipe Massanı əvəz edərək son beş yarışda start alıb. Onun ən yaxşı nəticəsi Monzada 9-cu yer olub, amma o vaxt yalnız ilk səkkiz finiş görmüş sürücüyə xal verilirdi.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*