Mercedes çəkini azaltmaq üçün qara rəngi seçib

Mercedes komandası bolidin çəkisinə qənaət etmək üçün qara rəngə qayıdıb.

F-1.az xatırladır ki, Mercedes 2020 və 2021-ci illərdə irqçiliyə qarşı mübarizə aparmaq üçün bolidi gümüşü rəngdən qara rəngə boyamışdı. Lakin almanlar keçən il yenidən ənənəvi gümüşü rəngə qayıtmışdılar.

Lakin komandanın bu il qara rəngi seçməsinin məqsədi ayrıdır. Mercedes bu il əksər detalları rəngləməyib və xam karbon fiberi olduğu kimi saxlayıb. Burnun üstü və motor qapağı mat qara rəngdədir. Lakin qanaqdlar da daxil olmaqla bolidin digər hissələri boyasızdır.

Toto Volff: “Keçən ilin bolidi çox ağır idi. Buna görə də çəkini azlatmaq üçün hər şeyi sınadıq. Tarix təkrarlanır! Boliddə xam karbon fiberdən başqa mat rəngə boyanmış detallar da var.

2020-ci ildə irqçiliyə qarşı mübarizə üçün bolidin rəngini dəyişmişdik. Sonra qara rəng bizim genlərimizə işlədi. Bu rəngə qayıtdığımız üçün sevincliyəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*