Pirelli yağış təkərlərini yeni mövsümə qədər təkmilləşdirəcək

Pirelli 2027-ci il mövsümü üçün yeni yağış və keçid təkərləri hazırlayıb.

İnterlaqosda Formula1 bu mövsümdə ilk dəfə yağış altında yarış həftəsonu keçirib. Şənbə günü şərait o qədər çətin olub ki, sürücülər son illərdə son dərəcə nadir hallarda istifadə olunan yağış təkərlərinə üstünlük veriblər. Yarışda keçid təkərlərindən istifadə olunub və bir çox sürücü onların işindən narazı qalıb. Bazar günü əsas problem keçid təkərlərini işçi temperaturuna qədər qızdırmaq olub.

Pirelli Motorsport-un direktoru Dario Marrafuski təsdiqləyib ki, mühəndislər problemi həll etməyi planlaşdırırlar və 2027-ci ildə keçid və yağış təkərlərinin yeni versiyalarını təqdim edəcəklər.

Dario Marrafuski: “Təkərlər üzərində iş davam edir və gələn il yeni spesifikasiya təqdim olunacaq. Bəzi sürücülər qızdırılma ilə bağlı problemlərdən şikayətləniblər, buna görə də növbəti mövsüm üçün keçid təkərlərinin hazırlanmasında buna xüsusi diqqət yetiririk.

Bu, indiki təkərlərin bizi qane etmədiyi anlamına gəlmir. Malayziya, Sinqapur və Braziliyada yarışlar çox maraqlı alınıb. Amma hər zaman nəyisə yaxşılaşdırmaq olar və biz sürücülərin iradlarına diqqətlə qulaq asırıq”.

Dekabrda FİA gələn mövsüm üçün yeni təkərlərin omoloqasiyasını keçirəcək. Həmin vaxt Pirelli qarşıdakı dəyişikliklər barədə daha ətraflı məlumat verəcəyini vəd edib.

,