Komandalar yeni termal örtükləri dəyərləndiriblər

Dekabrda Əbu Dabidə keçirilən testlər zamanı Formula1 komandaları nəinki 18 düyməlik təkərləri dəyərləndirmişdilər, həm də termal örtüklərdən istifadənin yeni qaydaları çərçivəsində təkərlərlə işləməyi də öyrənmişdilər.

F-1.az xəbər verir ki, Formula1 təkərləri qızdırmaq üçün termal örtüklərin istifadəsinə imkan verən yeganə əsas yarış seriyası olaraq qalır, lakin örtüklərdən istifadəni tədricən dayandırmaq lazım gələcək. FİA 2024-cü ildə məsrəflərin azaldılması səbəbindən termal örtüklərin istifadəsini tamamilə qadağan etməyi planlaşdırıb. Ancaq qadağa ani deyil – hər il slikləri qızdıra biləcəyiniz temperatur həddi azalacaq, amma yağış və keçid təkərlərin qızdırılmasına qadağa bu mövsümdən qüvvəyə minəcək.

Əgər əvvəllər komandalar ön təkərləri +100C, arxa təkərləri isə +80C-yə qədər qızdıra bilirdilərsə, 2022-ci ildən həm ön, həm də arxa təkərləri yalnız +70C-yə qədər qızdırmaq mümkün olacaq. Gələn il məhdudiyyət +50C olacaq. Əbu Dabidəki testlər zamanı komandalar məhz bu temperaturlarla çalışmışdılar.

“Yeni təkərlər hazırlayarkən biz isinmə prosesinə xüsusi diqqət yetirdik, – Pirelli-nin idman bölməsinin başçısı Mario İzola bildirib. – İşçi diapazonunun genişlənməsi zamanı bu aspektdə əziyyət artmamlı idi.

Sürücülər bizə dedilər ki, iki ən bərk tərkibin işçi temperaturuna qədər isinməsi üçün bir neçə dövrə lazımdır. Həmçinin, əyləc diskləri artıq təkərlərə əvvəlki qədər çox istilik ötürməyəcəklər, ona görə də testlər zamanı komandalara bu dəyişikliyi simulyasiya etmək üçün əyləcləri mümkün qədər soyuq sürməyi tapşırmışdıq.

Yeni arxa təkərlərin konstruksiyası daha güclü olduğundan daha aşağı təzyiqdən istifadə etmək olar. Təkərlərin 2022-ci il maşınlarında necə işlədiyini görmək üçün səbirsizlənirəm. Yeni maşınlar aerodinamika və asfaltayatma qüvvəsi baxımından sələflərindən nəzərəçarpacaq dərəcədə fərqlənirlər. Onların yavaş döngələrdə daha az, sürətli döngələrdə isə daha çox asfaltayatma qüvvəsi yaratmasını gözləyirəm. Təəssüf ki, əlimizdə olan maşınlarla testlər zamanı bu effekti simulyasiya edə bilmədik”.

Yeni maşınların əvvəlki nəsildən digər fərqi minimal çəkidir ki, bu da 795 kq-a çatıb – yəni 2021-ci ilin maşınlarından 43 kq çoxdur. Bu artımın böyük bir hissəsini 18 düyməlik təkərlər təmin ediblər.

“Ön disklər 2.5 kq, arxa disklər isə 3 kq daha ağırdır, – İzola davam edib. – Sürücülər bizə dedilər ki, təkərlərin bu çəki artımı sükandakı titrəyişlərdə hiss olunur”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*