Şarl Lekler: “Belə düşünənlər kimdir? Mən belə adam tanımıram. Açığı, mənə elə gəlir ki, sürət baxımından liderlərə yaxınlaşırıq və tədricən temp yığırıq.
Düşünürəm ki, Sinqapur və Ostində maşının potensialını tam şəkildə üzə çıxarmışıq və göstərdiyimiz tempdən az-çox razı qalmışam. Amma məhz bu həftəsonu favorit olduğumuz fikri ilə razılaşa bilmərəm. Məncə, istənilən trasda favorit yenə də Mercedes komandasıdır.
Red Bull da son vaxtlar çox güclü çıxış edir. Amma bütün imkanlarımızdan maksimum yararlansaq, ümid edirəm ki, Meksika həftəsonu bizim üçün əla alına bilər. Artıq gördüyümüz kimi, buna ilk növbədə maşının sazlanmalarına optimal yanaşma kömək edə bilər.
Sıralanma turundan əvvəl hər şeyi düzgün etmək çox çətindir, amma buna nail ola bilsək, düşünürəm ki, şansımız var. Ancaq bunun üçün hər şeyi ideal yerinə yetirmək lazımdır”.
Lekler hələlik şəxsi hesabda 5-ci yeri tutur və ikinci pillədə qərarlaşan Rasselldən cəmi 9 xal geri qalır. Mövsümün yekununda hansı yeri tutmasının onun üçün nə dərəcədə vacib olduğu ilə bağlı suala Şarl belə cavab verib:
“O qədər də vacib deyil, hərçənd düşünürəm ki, hamı başa düşür: ikinci yer üçüncü yerdən yaxşıdır, üçüncü yer də dördüncü yerdən yaxşıdır. Bununla belə, biz sadəcə mümkün olan ən yüksək nəticələrə nail olmağa çalışırıq. Mənim üçün ən vacibi hər yarışı mümkün qədər yaxşı keçirmək və heç olmasa bəzi traslərdə qələbə uğrunda mübarizəyə qoşulmağa çalışmaqdır.
Əgər buna nail olsaq, o zaman çempionatın yekununda 2-ci yer bunun təbii nəticəsi olacaq. Yox, alınmasa, 2-ci yerə ümid etmək çətin olacaq. Amma deyə bilmərəm ki, vitse-çempion olmaq üçün çox ciddi şəkildə can atıram”.





