Lekler Ferrari-nin testlərini tamamlayıb

F-1.az xəbər vermişdi ki, Ferrari komandası özünə aid Fiorano trasında 3 günlük testlər təşkil edir. Bu gün artıq testlərdə sonuncu gün olub.

SF21-in sükanı arxasına bu gün Şarl Lekler keçib. Onu izləmək üçün komandanın yeni rəhbəri Frederik Vasyör, komanda yoldaşı Karlos Sayns və Ferrari Sürücülər Akademiyasının dinləyicisi olan qardaşı Artur Lekler də gəlib.

Monakolu sürücü testlərə səhər yağış təkərləri ilə başlayıb, havanın yaxşılaşması ilə sliklərə keçib. O, 123 dövrə vuraraq 366 km məsafə qət edib.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*