Esteban Okon Aston Martin-lə müqavilə barədə razılığa gəlib

Mexiko Qran Prisi zamanı Haas komandasında işindən ayrılmış Esteban Okon artıq bu ilin sonunadək Formula1 bolidinin sükanı arxasına qayıda bilər.

Racingnews365 nəşri öz mənbələrinə istinadən yazıb ki, fransalı sürücü Aston Martin-lə üçüncü pilot müqaviləsi barədə razılığa gəlib. Həmin mənbələrin məlumatına görə, fransalı sürücü artıq Silverstounda komandanın bazasında olub və oturacaq sazlanmasından keçib.

Gözlənilir ki, Okon gələn həftə Əbu Dabi Qran Prisindən sonra Yas Marina trasında keçiriləcək testlərdə iştirak edəcək. Elə həmin vaxt da Esteban Okon və Aston Martin arasında müqavilə ilə bağlı rəsmi açıqlamanın verilməsi gözlənilir.

Bu məlumatı şərh etmək xahişinə cavab olaraq, komandanın Las Veqasdakı rəsmi nümayəndəsi bildirib: “Bizə mütəmadi olaraq Aston Martin-ə qoşulmaq istəyən sürücülər müraciət edirlər, lakin siyasətimizə uyğun olaraq şayiə və fərziyyələri şərh etmirik”.

,