İshaq Həcər: “Las Veqasdakı trası sevimli trasım adlandıra bilmərəm, amma adətən burada pis çıxış etmirəm. Uzun düzlüklər sayəsində yarışda çoxlu ötmələr görəcəyik. Mübarizəyə hazıram və həftəsonunun başlanğıcını nikbinliklə gözləyirəm.
Bu həftəsonu üçün konkret hədəfim yoxdur, sadəcə zövq almaq istəyirəm. Mövsümün sonuna qədər ardıcıl üç yarış keçirəcəyik. Onlardan birində qalib gəlmək istərdim.
Konfiqurasiyasına görə, Veqasdakı tras Bakıya bənzəyir, amma burada hava çox soyuqdur. Baxarıq, məncə, yaxşı şanslarımız var”.





