Corc Rassell: “Düşünürəm ki, bu yenilənmədən sürət artımı böyük olmayacaq. Bu, sadəcə komandanın irəliləmək istədiyi istiqamətdə atdığı növbəti addımdır.
Bəxtimiz gətirib ki, Mercedes güc qurğularından səkkiz sürücü istifadə edir. Düşünürəm ki, onlardan beşi və ya altısı yeni turbin alıb. Qalan iki və ya üç sürücü, mən də daxil olmaqla, ondan imtina etmək qərarına gəlib, çünki bu, son sıralardan start almaq demək idi. Üstəlik, mən əvvəllər Las Veqasda yaxşı çıxış edib və tras mənim xoşuma gəlir.
Mən bu qərarın qəbulunda birbaşa iştirak etmişəm. Mənə deyiblər: “Yeni turbini quraşdırmaq istəyirsən – buyur, istəmirsən – ehtiyac yoxdur”. Mən əvvəlki versiyada qalmağa qərar vermişəm, çünki qələbə uğrunda mübarizə aparmaq istəyirəm və hesab edirəm ki, biz yenilənmə olmadan da buna qadirik”.
Mövsümün yekununda vitse-çempion olmaq şansları ilə bağlı sualı cavablandıran Corc deyib: “Mənim üçün hazırda əsas olan sadəcə bir neçə güclü uik-end keçirməkdir. Söhbət təkcə nəticədən getmir. Vacib olan ilk məşqdən etibarən və bütün uik-end boyunca yaxşı çıxış etməkdir.
Bu mövsüm mənim işlərim qeyri-sabit alınıb. Hətta yaxşı çıxış etdiyim mərhələlərdə də, Bakı istisna olmaqla, bütün uik-end ərzində yüksək səviyyəni saxlamaq həmişə mümkün olmayıb.
Mənim üçün əsas olan budur. Əlbəttə, mövsümü mümkün qədər yüksək pillədə başa vurmaq istərdim, amma hazırda əsas məsələ məhz budur”.





