C.Rassell: Rəqiblərimizin səhvlərindən faydalandıq

Mercedes komandasının sürücüsü Corc Rassell bildirib ki, rəqiblərin səhvlərindən istifadə ediblər.

F-1.az xatırladır ki, britaniyalı sürücü Avstraliyadakı sıralanma turunda 6-cı yeri tutub

Corc Rassell: “Günümüz həm yaxşı, həm pis idi. 5-ci və 6-cı olsaq da, əslində önümüzdə McLaren və Alonso olmalı idi. Saynsa nə oldu bilmirəm, amma o da önümüzdə olmalı idi. Buna görə real yerimiz 8 və 9-culuq idi. Buna görə də yaxşı gün deyil. Rəqiblərimizin səhvlərindən faydalandıq.

Mənim üçün ən böyük problem dalğalanmadır. Limitdə getmək üçün çox şey sınayıram və yüksək sürətli döngəlrədə çox vaxt itiririk. Maşın dalğalananda hücum da edə bilmirəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*