V.Bottas: “Ən yaxşı həftəsonum idi”

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, yarış onun üçün çətin keçib və arxa təkərlər tez yeyilib.

F-1.az xatırladır ki, finlandiyalı sürücü yarışa pouldan başlasa da, ilk pit-stopundan sonra Fettelin gerisinə düşüb və daha sonra isə komandanın əmri ilə Həmiltonu önə buraxıb.

Valtteri Bottas: “Mənim üçün çətin yarış idi. Bütün yarış ərzində istədiyim tempə çata bilmədim. İlk təkərlərdə təzyiq problemi yaşadıq və tam güclə gedə bilmədim. Sonrakı dəstlərdə isə arxa təkərlərdə problem yaşadım və rəqabətədavamlı ola bilmədim.

Pouldan başladığım yarışda məqsədim qalib gəlmək idi, amma bunu bacara bilmədim. Amma podiuma yüksəldiyim üçün xoşbəxtəm. Komanda ilə keçirdiyim ən yaxşı həftəsonu bu idi və ümid edirəm ki, daha güclü olaram”.

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*