21 İyul 2019, Bazar - 06:23

N.Rosberq: “Bottas çempion ola bilər”

N.Rosberq: “Bottas çempion ola bilər”

Müəllif: Rauf Hacıyev, redaktor

18:08 - 19 Mart, 2019

Formula1 üzrə sabiq Dünya Çempionu Niko Rosberq bildirib ki, Valtteri Bottas bu cür üstün performansla Dünya Çempionu titulunu qazana bilər.

F-1.az xatırladır ki, finlandiyalı sürücü Avstraliya yarışının startıda Lyuis Həmiltonu keçərək, karyerasında ilk dəfə Avstraliyada qalib gəlib.

Niko Rosberq: “Bottas hazırda mübarizə rejimindədir. Formula1-in psixoloji tərəfini unutmaq olmaz. Keçən il Sebastyanda gördüyümz şey bu idi. Valtteri bu dəfə mənim etdiyimi təkrarladı. Bütün həftəsonu ərzində ilişmə muftası ilə işlədi. Bir dəfə, iki dəfə, üç dəfə, yüz dəfə… Lyuis bəs? Maksimum beş dəfə. Lyuis sıralanma turunda çox güclüdür və Bottasın əsas problemi budur. Amma əsl mübarizə görə bilərik. Məncə, Valtteri psixoloji cəhətdən özünü qoruya bilsə, çempion olacaq. Çünki Lyuisin hərdən zəifləmə dövrləri olur”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 248
Teqlər ,
Paylaş

logo