12 Dekabr 2018, Çərşənbə - 20:30

F.Massa köhnə buruna qayıdır

F.Massa köhnə buruna qayıdır

Müəllif: Rauf Hacıyev, redaktor

19:43 - 14 Aprel, 2016

Williams komandasının braziliyalı sürücüsü Felipe Massa Çində keçənilki burunla yarışacaq…

F-1.az xatırladır ki, Felipe Massa Bəhreyndə yeni qısa burunla, komanda yoldaşı Valtteri Bottas isə keçənilki burunla yarışmışdı. Amma Çin yarışında rollar dəyişəcək və yeni burun sistemini Valtteri Bottas istifadə edəcək.

Williams komandasında iki yeni burun elementi olmadığı üçün pilotlar növbəli şəkildə bu elementdən istifadə edirlər.

Yeni burnu ilk dəfə Bəhreyn yarışında yoxlayan Felipe Massa sistemdən elə də razı qalmayıb və bildirib ki, yeni sistemi öyrənmək üçün çoxlu testlər etməlidirlər.

Felipe Massa: “Bəhreyndə yeni sistemi tam başa düşə bilmədik.

Bizim əlimizdə bir dənə yeni burun var, buna görə də biz bu elementi növbəli şəkildə istifadə etməliyik.

Qətiliklə deyə bilərəm ki, Bəhreyndən çox şey öyrənməliyik.

Əvvəlcə Bəhreyndən gələn məlumatları başa düşməliyik və belə etsək, Çində cümə günü daha yaxşı nəticələr əldə edə bilərik.

Son yarışda strategiya cəhətdən səhvlər etdik. Dediyim bu iki amil Çin yarışı üçün çox vacibdir.

İnkişaf etmək və bəzi sistemləri təhlil etmək üçün vacib bir həftəni geridə qoyduq. Ümid edirəm ki, bu həftəsonu daha yaxşı vəziyyətdə olarıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 372
Teqlər , ,
Paylaş

logo