V.Bottas narahat deyil

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, müqaviləsinə görə narahat deyil.

F-1.az xatırladır ki, finlandiyalı sürücünün müqaviləsi ilin sonunda bitəcək. Bəzi resurslar düşünür ki, Almaniya təmsilçisi növbəti il Bottasın əvəzinə Corc Rasseli gətirəcək.

Valtteri Bottas: “Bəzən heç yarışmadığımız halda belə dedi-qoduların çıxması məni təəccübləndirir. Digər komandalarda sürücü dəyişiklikləri oldu, amma narahat deyiləm. Bəzi komandalar və sürücülərin qərar vermə prosesi fərqli ola bilər. Dedi-qodular olsa da, bu idmanın bir hissəsidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*