24 Avqust 2019, Şənbə - 13:49

L.Həmilton: “Bolid fərqlidir”

L.Həmilton: “Bolid fərqlidir”

Müəllif: Rauf Hacıyev, redaktor

10:15 - 19 Fevral, 2019

Mercedes komandasının sürücüləri Lyuis Həmilton və Valtteri Bottas yeni bolid olan W10-dan razı qalıblar.

F-1.az xatırladır ki, testlərin ilk günündə Valtteri Bottas 69, Lyuis Həmilton isə 81 dövrə vurub. Hər iki sürücü də lider Fetteldən 2 saniyə geridə qalıb.

Lyuis Həmilton: “Yenidən boliddə olmaq və problemsiz işlədiyini görmək əladır. Keçənilkinə nisbətən fərqli hiss etdirir. İndi buna öyrəşməliyik. Balansı və bolidin xarakteriskasını öyrənməyə çalışırıq. Gözəl gün oldu. Planımızı tamamladıq və üzərində işləməyə davam edəcəyik. Öyrənəcəyimiz çox şey var”.

Valtteri Bottas: “Bolid yeni olsa da, balansı təkmilləşdirmək üçün yollar tapa bildik. Növbəti günlərdə bunun üzərində işləyəcəyik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 252
Teqlər , , ,
Paylaş

logo