P.Simonds Formula1-ə qayıtmayacaq

Williams komandasının sabiq texniki direktoru Pət Simonds avtoidmanda qalacağını desə də, Formula1-də bir də işləməyəcəyini əlavə edib.

F-1.az xatırladır ki, Benetton və Renault-nun sabiq texniki direktoru bu yaxınlarda Williams komandasından ayrılmışdı.

Pət Simonds: “Yanvar ayında harada işləyəcəyimi düşündüm. Tətilə fevralda çıxdım və bu müddət ərzində bəzi şeylərə qərar verəcəm. Mart ayında da bunları tətbiq edəcəm. Başqa Formula1 komandasına keçmək fikrim yoxdur. Artıq fərqli işlərlə məşğul olmaq istəyirəm. İş elanlarının çox olmasına təəccübləndim və bu mövzuda açıq fikirliyəm. Təqaüdə çıxmamışam, amma Formula1-in qəddar iş rejimindən uzaq qalmaq istəyirəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*