11 Dekabr 2018, Çərşənbə axşamı - 02:15

Ç.Uaytinq: “Kvyat güclü sürücüdür”

Ç.Uaytinq: “Kvyat güclü sürücüdür”

Müəllif: Rauf Hacıyev, redaktor

20:14 - 07 İyun, 2016

FİA-nın yarış direktoru Çarli Uaytinq son vaxtlarda çoxlu qəzalara düşməsinə baxmayaraq, Daniil Kvyatın güclü sürücü olduğunu bildirib.

F-1.az xatırladır ki, Daniil Kvyat 2014-cü ildəki mükəmməl performansından sonra Red Bull-a transfer olunmuşdu və Red Bull-dakı debüt ilində Rikkardodan çox xal qazanmışdı.

Bu ilə uğursuz start verən və bir neçə dəfə insidentlərə qarışan Kvyat Rusiyada Fettelə arxadan iki dəfə çırpıldıqdan sonra yenidən Toro Rosso komandasına göndərilmişdi.

Monakoda Maqnussen ilə insident yaşayaraq, yenidən diqqət mərkəzinə düşən Kvyata Çarli Uaytinq dəstək verib: “Kvyat bəzi qəzalara qarışdı və cəzasını aldı. O yaxşı sürücüdür və mən ona hörmət edirəm. Bəzi insidentlərə qarışdı, amma bunların hamısıda günahkar deyildi”.

Bundan başqa Rusiya Avtomobil Federasiyasının prezidentinin məsləhətçisi İqor Yermilin bildirib ki, Williams və başqa komandalar Daniil Kvyatla maraqlanırlar: “Formula1-də hər gün şayiələr çıxır və çox vaxt bu şayiələr bir-birinə zidd olur.

Williams da daxil olmaqla, bir neçə komanda Kvyatın xidmətində maraqlıdır və bu, sirr deyil. Amma hər şey mövsümün necə davam edəcəyindən aslıdır”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 258
Teqlər , , , ,
Paylaş

logo