Gulf Oil ilə Williams anlaşıblar?

Britaniya mətbuatının verdiyi xəbərə görə Gulf Oil yeni mövsümdən etibarən Williams-ın sponsoru olacaq.

F-1.az xatırladır ki, Gulf Oil McLaren-lə tərəfdaşlıq etsə də, 2022-ci ilin sonunda tərəflər gözlənilmədən yolları ayırmışdılar.

Əslində Gulf ilə McLaren-in tərəfdaşlığı yaxşı gedirdi. Hətta, McLaren komandası 2021-ci ilin Monako yarışına xüsusi rəng çaları ilə çıxmışdı. Amma tərəflər yenə də müqaviləni uzatmamışdılar.

Lakin Gulf Oil idmandan ayrılmaq istəmir və buna görə də başqa komandalarla danışıqlar aparırlar. Bəzi iddialara görə onlar Williams komandası ilə anlaşıblar və müqavilə tezliklə açıqlanacaq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*