V.Bottas qələbəsiz ən çox xal qazanan sürücü olmaq istəmir

Valtteri Bottas hazırda Formula1 tarixində qalib gəlməmiş ən çox xal qazanan sürücüdür və finlandiyalı bu statiskadan narahatdır..

F-1.az xatırladır ki, finlandiyalı sürücü Formula1 karyerasına 2013-cü ildə başlayıb və 2014-2016-cı illərdə 9 dəfə podium finiş görsə də, qələbə qazana bilməyib.

Finlandiyalı sürücü 75 yarışda iştirak edib və 411 xal toplayaraq, qələbəsiz ən çox xal qazanan sürücü adını ələ keçirdib. Amma Bottas bu statistikaya nifrət etdiyini bildirib: “Hazırda qazandığım uğurlardan daha yaxşısını etməliyəm. Hazırda qələbəsiz ən çox qazanan sürücüyəm və bu statistikaya nifrət edirəm. Williams-la qazanacağım ilk qələbə mənim üçün xüsusi olacaq. Bura mənim evim kimidir. Onları ailəm kimi görürəm. Buna görə də burada qalmağa rahatlıqla qərar verdim.

Yeni qaydalarla ön qrupa çatmaq daha asan olacaq və daha yaxşı nəticələr qazanmaq üçün yeni fürsətimiz olacaq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*