Ə.Stevenson: “Özümüzlə fəxr edirik”

Force İndia komandası Mühəndislər Kubokunda 4-cü olub və komandanın idman direktoru Əndi Stevenson çox sevinclidir.

F-1.az xatırladır ki, hindistanlılar mövsümün əvvəlindən Williams komandası ilə 4-cülük mübarizəsi aparırdılar.

Əndi Stevenson
: “Dördüncülük gözəl nəticədir. Bu bizə gələn il üçün motivasiya verəcək. Komandaya kömək edən hər kəsə təşəkkür edirəm. Williams ilə aradakı 35 xal fərqini görəndə əla iş gördüyümüzü anladıq, Bu cür böyük və maliyyə cəhətdən güclü komandaya qarşı aldığımız bu qələbəni unutmayacayıq.

Bottas mübarizəni dayandıranda bildik ki, hər şey artıq bitib. Sürücülərimiz əla iş gördülər və ikisini də təbrik edirəm. Mövsümün əvvəlində bilirdik ki, etibarlılıq ən əsas ünsürlərdən biri olacaq və biz problem yaşamadıq. Bazadakı işçilərin də bu uğurda böyük payları var. Özümüzlə fəxr edirik”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*