L.Norris: Dördüncü yer üçün möcüzə lazımdır

McLaren komandasının sürücüsü Lando Norris bildirib ki, 4-cü yeri tutmaq möcüzədir.

F-1.az xatırladır ki, McLaren çempionatda Alpine-lə 4-cü yer uğrunda mübarizə aparır və hazırda 19 xal gerirdədir. Lakin bunun üçün narıncılırın hər iki sürücüsü beşliyə düşməli və Alpine-nin xalsız qalmasına ümid etməlidirlər. Bu isə mümkünsüz görünür, çünki ilk altılıqda Red Bull, Ferrari və Mercedes yerləşiblər. Norris yarışa 7-ci, Rikkardo isə 12-ci yerdən başlayacaq.

Lando Norris: “Sıralanma turu yaxşı keçdi. Geridə qalanların lideriyik və bundan yaxşı nəticə mümkünsüz idi.

Yerimiz yaxşı olsa da , maşından razı deyiləm. Özümə inamım yoxdur və limitlərdə gedə bilmirəm. Bu da məyusedicidir, çünki bolid icazə versə, daha yaxşı nəticə qazanardım.

Corc Rasselli keçə bilərdim. Ondan cüzi fərqlə geridə qaldım. Lakin onları keçmək real deyil və yeddinci yeri qəbul edirəm. Yarışda Corcu keçsəm də, önündə qala bilməyəcəm.

Komandamızın 4-cü olması üçün möcüzə lazımdır. 19 xal qazanmalıyıq və yarışda 7, 8-ci yerləri tutsaq, bu mümkünsüzdür. Bəxt bizimlə olmalıdır”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*