14 Dekabr 2018, Cümə - 00:31

McLaren cərimələnib

McLaren cərimələnib

Müəllif: Rauf Hacıyev, redaktor

09:20 - 14 Aprel, 2018

McLaren komandası Vandornun təkərini düzgün bağlamadığı üçün 5 min avro pul cəzası alıb.

F-1.az xatırladır ki, Çindəki ikinci sərbəst yürüşlər zamanı Vandornun bolidinin sağ arxa təkəri yaxşı bərkidilməmiş və belçikalı sürücü bolidini trasda saxlamalı olmuşdu. Qaydalara əsasən, stüardlar həmişəki kimi komandaya pul cəzası veriblər. FİA bildirib ki, bu cür hal komandada ilk dəfə yaşandığı üçün 5000 avro cəza verilib.

Xatırladaq ki, Haas komandası Avstraliyada, Ferrari isə Bəhreyndə pit-stop problemləri yaşamışdılar. Amerikanlar bu problemə görə 10 min, “qırmızılar” isə 55 min avro cərimə ödəmişdilər.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 137
Teqlər , , ,
Paylaş

logo