E.Bulye: “Asan yol seçmədik”

McLaren-in idman direktoru Erik Bulye bildirib ki, MCL33-ü hazırlayarkən, asan yol seçməyiblər.

F-1.az xatırladır ki, Britaniya təmsilçisi bu il Renault mühərriyinə keçdiyi üçün bolidin arxa tərəfində radikal dəyişikliklər etmək lazım idi.

Erik Bulye: “Dizayn, mühəndis və aerodinamika şöbələrimiz qısa müddət ərzində güc qurğusunu bolidə yerləşdirə bildilər. Heç bir prosesdə asan yol seçmədik və kəsə yolla getmədik. Nəticədə ortaya gözəl bir bolid çıxdı. Liderləri məğlub etməyin asan olmadığını bilirik. Buna görə də özümüzü aldatmırıq. Bundan başqa orta qrupda yaxşı büdcəsi olan və özünü göstərmək istəyən komandalar var.

Çətinlikləri bilirik və buna hazırıq. Bolidimiz güclü olmalıdır. Bolidi təkmilləşdirə bilərik. Hər şeydən vacib isə iki güclü sürücümüz var”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*