Quotidiano Sportivo-nun səhifələrində şirkətin banisinin oğlu Pyerо Ferrari mövsümün yekunlarını açıqlayıb…
Pyerо Ferrari: “Mən səmimi-qəlbdən inanıram ki, komandamız tərəqqini sözlə yox, əməllə sübut etməlidir. Bu il həm yaxşı məqamlar, həm də o qədər də uğurlu olmayan anlar gördük. Hamımız özümüzü elə bir nəticəyə həsr etməliyik ki, azarkeşlərimiz onu bizdən uzun illərdir gözləyirlər, onların səbrinə görə təşəkkür etmək lazımdır. Hələlik isə mən bir daha Kimini təbrik edirəm.
Bununla bağlı bir çox məqam var: yerinə yetirilməli müqavilələr və artıq üzərimizə götürdüyümüz öhdəliklər var. Amma səmimi danışacağam: kim mənim atamın adını daşıyan maşının sükanı arxasında bir italyanı görmək istəməz? Və düşünürəm ki, onun köklərini nəzərə alsaq, bu, Bolonyalı oğlanın öz istəyinə də zidd olmazdı. Bəlkə bir gün bu baş verər, niyə də yox?”.





