Ferrarinin hədəfi Lekleri çempion etməkdir

Entso Ferrarinin oğlu Pyero Ferrari bildirib ki, əsas hədəfləri Şarl Lekleri Dünya Çempionu etməkdir.

F-1.az xatırladır ki, gənc sürücü keçən il Ferrari-də debüt etmiş və ilk mövsümündə 7 poul və 2 qələbə qazanaraq, bütün diqqətləri üzərinə çəkmişdi.

Pyero Ferrari: “Leklerdə çempion genləri var. Ferrari onu daha da təkmilləşdirdi və hazırkı hədəf onu çempion etməkdir. Ona şübhəm yoxdur.

Hazırda komandalar narahatdırlar. Yarış olmayanda onlar da gəlirsiz qalırlar. Gələcək barədə proqnoz verə bilmərəm, ancaq 2021-ci ildə fərqli Formula1 izləyəcəyik. Maliyyə vəziyyətinə görə komandalar xərcləri azaldacaqlar. Formula1 yeni texnologiyaları test etmək üçün olsa da, hazırkı vəziyyətdə xərci çoxdur. Şounu daha az xərclə təqdim etməliyik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*