T.Koronel Saynsı daha çox bəyənib

Sabiq yarış pilotu Tom Koronel bildirib ki, 2022-ci ildə Lekleri yox, Saynsı bəyənib.

F-1.az xatırladır ki, Lekler 2022-ci ildə ilk 3 yarışın ikisində qalib olsa da, sonradan geriləmiş və mövsümün bitməsinə 4 yarış qalmış çempionluğu itirmişdi.

Sayns isə mövsüm ərzində komanda yoldaşının tempinə cavab verə bilməmiş və yekunda beşinci olmuşdu.

Tom Koronel: “Lekler məni məyus etdi. İlin əvvəlində hamı onu çempionluğa namizəd görürdü, ancaq mövsüm ərzində bəxti gətirməyən Saynsı daha çox bəyəndim.

İnsanlar Saynsı ikinci sürücü kimi görsələr də, turnir cədvəli əksini göstərir. 2021-ci ildə o komanda yoldaşından daha çox xal yığdı.

Düzdür, Lekler sürətlidir, amma yarışda yox, sıralanma turunda. Maks da sıralanma turunda güclüdür, ancaq Şarla çatmaz. Lekler yarışda çox səhv edir və təkərləri tez yeyir. O, İmola və Fransada təzyiq altında səhvlər etdi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*