K.Sayns Kvyatın qayıtmasını istəyir

Renault komandasının sürücüsü Karlos Sayns bildirib ki, sabiq komanda yoldaşı Daniil Kvyatın Red Bull-dan ayrılmasına məyus olub.

F-1.az xatırladır ki, rusiyalı sürücü Red Bull-la keçirdiyi 8 ildən sonra bu həftə komandadan qovulub. 23 yaşlı sürücü özünə başqa komanda axtarır.

Karlos Sayns: “Təbii ki, məyus oldum, çünki Daniillə kartinq günlərindən dostuq. 2009-cu ildə Red Bull komandasına eyni vaxtda daxil olmuşduq. Ümid edirdim ki, Formula1-də uzun illər keçirdərik. Formula1-də komanda tapmasına ümid edirəm.

Red Bull gənc sürücülər proqramı idmandakı ən çətin yerlərdən biridir. Sizə çox fürsət verirlər, amma uğursuz olanda hamısını geri alırlar. Red Bull olmasa, oradakı əksər sürücülər Formula1-də yarışa bilməzdilər. Buna görə də çətin sistemləri var. Amma çətin olmaq üçün səbəbləri də var. Əgər Helmut Markonun “mütləq qələbə” şüarı olmasaydı, mən belə güclü sürücü ola bilməzdim. Bu təzyiq hesabına 2014-cü ildə Formula Renault 3.5 seriyasında qalib gəldim. Təzyiq olmasa, 2015-ci ildə bəlkə F1-ə gələ bilməzdim və ya indi Renault-nun sürücüsü ola bilməzdim”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*