21 İyul 2019, Bazar - 10:36

K.Sayns azarkeşlərdən narazıdır

K.Sayns azarkeşlərdən narazıdır

Müəllif: Rauf Hacıyev, redaktor

10:04 - 23 Yanvar, 2019

McLaren komandasının sürücüsü Karlos Sayns bildirib ki, insanlar Formula1-in müsbət tərəflərini görmək istəmirlər.

F-1.az xatırladır ki, son illərdə Formula1-də sıx mübarizə olmur. Buna görə də bu il bəzi aerodinamik dəyişikliklər ediləcək.

Karlos Sayns: “Məncə, yarışlar hələ də yaxşı deyil. Buna görə də 2021-ci ilə qədər daha yaxşı şou üçün işləməliyik. Hazırda yarışlara və bolidlərə neqativ baxışlar var. Lakin insanlar Formula1-in ən sürətli dövründə olduğunu unudurlar. Heç kim bu barədə danışmır. Hamı 2004-cü ildən danışır. Ancaq 2018-ci ildə Həmiltonun atdığı poul dövrələrinin Formula1 tarixindəki ən sürətli dövrələr olduğunu deyən yoxdur. Bu ilin bolidlərində müsbət dəyişikliklər var. Əminəm azarkeşlər bununla maraqlanarlar”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 276
Teqlər
Paylaş

logo