K.Sayns startda yer itirəcək

McLaren komandasının sürücüsü Karlos Sayns bugünkü Kanada yarışının startında 3 yer itirəcək.

F-1.az xatırladır ki, ispaniyalı sürücü sıralanma turunsa 9-cu yeri tutub. Lakin 24 yaşlı sürücü sıralanma turunun ikinci sessiyasında Aleksandr Elbonu əngəlləyib və buna görə də startda 3 yer itirəcək.

Stüardlar bu barədə belə açıqlama veriblər: “Elbon rəqibi Saynsa yaxınlaşanda sürətli dövrəsində idi. Sayns isə yavaş tempdə getdiyi halda yarış trayektoriyasını tutmuşdu. Sayns radioda təkərlər barədə danışdığı üçün Elbonun ona yaxınlaşdığını gec dedilər. Buna görə də Aleksandrın sürətli dövrəsini əngəllədi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*