L.Norris: Az qala qəza edirdim

McLaren komandasının sürücüsü Lando Norris bildirib ki, az qala qəza edirmiş.

F-1.az xatırladır ki, britaniyalı sürücü yarışa 9-cu yerdən başlasa da, yarışda 5-ci olub və növbəti 10 xalı aktivinə yazıb.

Lando Norris: “İnanılmaz idi. Son dövrə sıralanma turunu xatırlatdı. Bu, gözəldir, çünki iki yer qazandıq. Buna görə də xoşbəxtəm. İtirdiyimiz yerləri geri ala bildik.

Startım yaxşı olsa da, birinci döngəyə girməkdə çətinlik çəkdim. Boşluq gördüm və bundan istifadə etmək istədim. Amma orta hissədə daha çox ötmə oldu və hamı məni qabaqladı. Bilirsiniz ki, həmişə yaxşı start almışam. Lakin Bakıda işlər istədiyim kimi getmədi və məyus deyiləm. Növbəti yarışda daha güclü olacağıq. Beçinci yerdən razıyam.

Artıq daha yaxşı qərarlar verə bilirəm və daha az səhv edirəm. 15-ci döngədə az qala divara çırpılırdım, amma bunu heç kim görmədi. Problem yoxdur”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*