Coca-Cola şirkəti McLaren-in yeni tərəfdaşıdır

Dünyanın məşhur Coca-Cola şirkəti mövsümün yerdə qalan 4 yarışı üçün McLaren komanası ilə tərəfdaşlıq müqaviləsi imzalayıb.

F-1.az bildirir ki, ABŞ Qran Prisindən başlayaraq Cocz-Cola-nın loqotipləri maşında və sürücülərin kombinezonlarında peyda olacaq…

Zek Braun: “Coca-Cola-nın zəngin sponsorluq keçmişi var. Formula1-dəki fürsətləri dəyərləndirmək üçün McLaren-i seçdi. Formula1 artıq dəyişməkdədir. Biz də onların potensialını üzə çıxarmağa fokuslandıq”.

Qeyd edək ki, Coca-Cola daha əvvəl Formula1-də sponsor kimi iştirak etməyib. Bu barədə Coca-Cola-nın idman şöbəsinin rəhbər köməkçisi Riçard Fort danışıb: “McLaren-lə olan əlaqələrə fokuslanmışıq. Şirkət olaraq gənclərə daha yaxın olmaq istəyirik”.

, ,