L.Norris: Yaxşı xallar qazana bilərik

McLaren komandasının sürücüsü Lando Norris bildirib ki, yaxşı xallar qazanmaq üçün əllərində gözəl fürsət var.

F-1.az xatırladır ki, britaniyalı sürücü Red Bull Rinqdəki sıralanma turunda 4-cü olsa da, Bottasın startda 3 yer itirməsi ilə yarışa 3-cü yerdən başlayacaq.

Lando Norris: “Yaxşı sıralanma turu idi. Yekunda 3-cü oldum. Bütün sessiya ərzində özümü boliddə yaxşı hiss elədim. Özümə güvənirdim və getdikcə inkişaf edirdim. Bu da bizə üçüncü yeri gətirdi. Özü də pouldan cəmi 0.2 saniyə geridəyəm. Bizim üçün əla nəticədir. Sabah yaxşı xallar uğrunda mübarizə apara bilərik. Lakin yarış uzundur və xallar orada qazanılır. Görək nə olur”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*