E.Cordan: Rikkardo özünə gəlməlidir

Sabiq komanda rəhbəri Eddi cordan düşünür ki, Lando Norris komanda yoldaşı Daniel Rikkardonun başına oyun açır.

F-1.az xatırladır ki, Daniel Rikkardo artıq iki mövsümdür ki, Lando Norrisin kölgəsində qalır. Avstraliyalı pilotun zəif performansından komanda rəhbəri Zek Braun da təngə gəlib.

Eddi Cordan: “Artıq mövsümün ortasına çatırıq və geridönüş etmək üçün şansınız azalır. Bundan sonra Rikkardonun karyerasını izləyəcəm, çünki belə nə qədər davam edəcək bilmirəm.

Lando həm fiziki, həm də mənəvi olaraq onu məğlub edir. Komandadaxilində belə hallar sürücüyə təsir edir. Buna görə də tezliklə özünə gəlməlidir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*