F.Alonso: “Rikkardo ən güclü sürücüdür”

Fernando Alonso bildirib ki, müasir dövrdə ən güclü sürücü Daniel Rikkardodur.

F-1.az xatırladır ki, Rikkardo karyerası ərzində 4 qələbə qazanıb və bütün yarışlarda 3-cü yerdən geridən start alaraq qalib gəlib.

Fernando Alonso: “Hazırda ən güclü sürücü Rikkardodur. Çünki o yarışanda həmişə işinə fokuslanır. O, tras üzərində heç vaxt səhv etmir. Ötmə etməkdə də ən güclüdür. Hücumlar edirsə, bunların 99 faizində rəqiblərini ötür. Sözün açığı, 2014-cü ildə Fettelə qarşı əla performans göstərdi. Həm sürüş, həm startlar, həm pit-stoplar, həm də ötmələr cəhətdən Fetteli məğlub etdi. Buna görə də hazırda ən yaxşı seçim odur”.

Rikkardo Alonsonun bu şərhlərinə cavab verib: “Bu, əla xəbərdir. Sizə yalan deməyəcəm. Bu cür şərhi gözardı edə bilməzsiniz. O, çempion olanda, mən bu idmana gəlməmişdim. Mən idmana gələndə, o ən böyük idmançılardan biri idi. Uğurlarına görə hamımız onun kimi olmaq istəyirdik. 2014-cü ildə onun hörmətini və etibarını qazandım. Onunla yaxşı mübarizələrimiz oldu və o vaxtdan yaxşı münasibətimiz var. Belə düşünməsi gözəldir. Bu idmanın əfsanələrindən birinin sizi tərifləməsi gözəl şeydir.

Bu adamlarla mübarizə aparırıq və buna görə də onlar barədə yaxşı sözlər demək istəməzsiniz. Amma idmana gələndən bəri güclü və çempion sürücülərə hörmət edirəm.

Onu həmişə zirvədəki sürücülərdən biri kimi qəbul etmişəm. 2014-cü ildə onunla mübarizə apararkən belə ona çox güvənirdim. Bilirdim ki, məni trasdan sıxıb çıxarmayacaq. Onunla yaxşı və dürüst mübarizələrimiz oldu və hamısı mükəmməl idi”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*