21 Avqust 2019, Çərşənbə - 13:58

D.Rikkardo: “2016-cı il ən yaxşı mövsümüm idi”

D.Rikkardo: “2016-cı il ən yaxşı mövsümüm idi”

Müəllif: Rauf Hacıyev, redaktor

12:44 - 09 Dekabr, 2016

Red Bull komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, 2016-cı il mövsümü onun ən güclü mövsümü olub.

F-1.az xatırladır ki, Rikkardo mövsümü üçüncü yerdə tamamlayaraq, 2014-cü ildəki nəticəsini təkrarlayıb. Avstraliyalı sürücü 2014-cü ildə 3 yarış qazandığı halda, bu mövsüm sadəcə bir qələbə qazana bilib.

Daniel Rikkardo: “2014-cü ildə 3-cü oldum və 3 yarış qazandım. Bu il isə bir yarış qazandım, amma builki üçüncülük daha yaxşı hissdir. 2014-cü ildə o yeri itirmək daha çətin idi və bu il daha yüksək səviyyədə çıxış etdiyimi düşünürəm.

Bu il elə sıralanma turları oldu ki, birinci və ikinci sessiyalarda Maksdan yarım saniyə geri qalırdım. Amma son sessiyada 0.3-0.4 saniyə sürətlənirdim. Mövsüm ərzində yüksək səviyyəli performans göstərdim. Bəzən öz potensialımdan artıq işlər də gördüm. Özümü bir az təəccübləndirdim.

Bu il bəzi güclü olduğum sıralanma turları oldu. Yadıma Çin, Monako, Barselona düşür. Hamısı mükəmməl idi. Ən yaxşısı Monako idi. Şənbə günü qazandığım poul bu mövsümlə bağlı ən gözəl xatirə idi. Malayziyadakı qələbədən də gözəl ola bilər. Monakoda yarışanda çox həyəcanlanıram. Ətrafımdakı bəzi insanlara demişdim ki, ola bilsin poul qazandım və hədəfim o idi. Buna görə də öz üzərimdə təzyiq yaratdım və bu çox yaxşı idi. Tütün və Hovuz döngələri. Sıralanma turunun o hissədəki 5 saniyəsi mövsümün ən yaxşı 5 saniyəsi idi. Gələn il üçün də gözəl motivasiya idi”.

Rikkardo əlavə edib ki, İspaniya və Monakoda qələbəni əldən verdikdən sonra Malayziyadakı yarışı qazana bilməsəydi, mövsüm barədə fərqli düşünəcəkdi: “O qələbəni qazanmasaydım, geriyə baxıb deyərdim ki, bir neçə dəfə qalib gəlməli idim. Amma o qələbəni qazandığım üçün daha güclü ola biləcəyimizi və 2-3 dəfə qalib gələ biləcəyimi demirəm. Daha əvvəl qazana bilmədiyim poulu qazandım və daha sonra yenidən zirvəyə qayıtdım. Bu, mənim üçün möhtəşəmdir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 807
Teqlər , ,
Paylaş

logo