D.Rikkardo: Mixaellə mübarizədən həzz almışdım

Red Bull komandasının ehtiyat sürücüsü Daniel Rikkardo 2012-ci ildə Mixael Şumaxerlə apardığı mübarizədən həzz alıb.

F-1.az xatırladır ki, Mixael Şumaxer 2012-ci ildən sonra karyerasını bitirmiş və idmandan birdəfəlik getmişdi. Daniel Rikkardo isə o dövrlərdə Toro Rosso komandasında yarışırdı.

İki sürücü 2012-ci ilin Yaponiya yarışında mübarizə aparmışdılar.

Daniel Rikkardo: “Suzukada onunla mübarizə aparmışdım. Elə bil ki, siçan-pişik oyunu oynayırdıq və çox mükəmməl idi. Hər anından həzz almışdım. Mixael yeddiqat Dünya Çempionu olmuşdu və bu idmanın Allahı sayılırdı. Yarışdan sonra atam məni kənara çəkib, bu mübarizə barədə danışdı. Nələr baş verdiyini soruşdu. Bunu anlamaq üçün vaxta ehtiyacım var idi. Bunlar barədə yaşlananda düşünəcəm. Bu barədə danışanda belə tüklərim biz-biz olur”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*