D.Rikkardo güllə istəyir

Red Bull komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, komandasının İspaniyada edəcəyi yenilikdən sonra güllə kimi getməsini gözləyir.

F-1.az xatırladır ki, Red Bull komandası mövsümə gözləniləndən zəif başlayıb və 3 yarışdan sonra sadəcə bir dəfə podiuma yüksələ bilib. Avstriyalılar hazırda ən sürətli üçüncü komanda təəssüratı yaradırlar.

Daniel Rikkardo: “Yeniliklərdən sonra bolidin güllə kimi olacağına ümid edirəm. Mübarizəyə qayıtmalıyıq. Ferrari və Mercedes ilə mübarizə aparmaq istəyirik və ümid edirəm ki, alınar. Keçən il Rusiyada pouldan demək olar ki, 2 saniyə geri qalırdıq. Barselonada yarım saniyə yaxınlaşdıq və Monakoda lap yaxın idik. Mövsüm ərzində yeniliklərə baxmalıyıq. Hər şeyin bir azına ehtiyacımız var. Arxa tərəfdə daha çox asfaltayatma qüvvəsi olmalıdır. Ferrari və Mercedes çox güclü görünürlər.

Yeni şassinin daha güclü olacağına əminəm. İstədiyimiz tək şey inkişaf etməkdir və keçən il bunu bacara bildik və davamını gətirdik.

İlk addımı atmaq çox vacibdir və ümid edirəm ki, Barselonada bunu bacararıq. Əgər fərqi yarım saniyəyə sala bilsək, əla olacaq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*