Macarıstan-2018: Günün sürücüsü – Daniel Rikkardo

2016-cı ildən çempionatın təşkilatçıları “Günün sürücüsü” adlı yeni mükafat təsis ediblər. Mükafatın sahibi yarışın sonuna yaxın çempionatın rəsmi saytında yerləşdirilmiş sorğunun nəticələrinə görə müəyyən edilir.

F-1.az xəbər verir ki, 12-ci yerdən start alan, yarışboyu ötmələrlə yüksələn və yekunda 4-cü olan Daniel Rikkardo “Günün Sürücüsü” seçilib. Red Bull-un Avstraliyalı sürücüsü cari mövsümdə Çin və Monako yarışlarından sonra üçüncü dəfədir ki, bu ada layiq görülür.

Qeyd edək ki, seçim azarkeşlərin səsverməsinə əsasən edilir. Səsvermə hər yarışın son 10 dövrəsi ərzində Formula1-in rəsmi internet saytında (f1.com/vote) keçirilir.

Yarış Günün Sürücüsü
Avstraliya Qran Prisi Fernando Alonso
Bəhreyn Qran Prisi Pyer Qasli
Çin Qran Prisi Daniel Rikkardo
Azərbaycan Qran Prisi Şarl Lekler
İspaniya Qran Prisi Lyuis Həmilton
Monako Qran Prisi Daniel Rikkardo
Kanada Qran Prisi Sebastyan Fettel
Fransa Qran Prisi Sebastyan Fettel
Avstriya Qran Prisi Maks Ferstappen
Britaniya Qran Prisi Lyuis Həmilton
Almaniya Qran Prisi Lyuis Həmilton
Macarıstan Qran Prisi Daniel Rikkardo
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*