F.Alonso: Həmilton həmişə şikayət edir

Alpine komandasının sürücüsü Fernando Alonso rəqibi Lyuis Həmiltonun həmişə şikayət etdiyini deyib.

F-1.az xatırladır ki, iki sürücü Macarıstan yarışında 4-cü yer uğurunda mübarizə aparmış və Lyuis Həmilton rəqibinə hücum edərkən, Alonsonun sərt müdafiəsi ilə qarşılaşmışdı. Buna görə də yeddiqat Dünya Çempionu radiodan komandasına bunun təhlükəli olduğunu demişdi.

Fernando Alonso: “O həmişə şikayət edir. Mən FİA-nın nəsə dediyini görmədim. Buna görə də problem yoxdur. Müdaəmin Okonun qələbisnə kömək edib-etmədiyini bilmirəm. Yerimi qorumağa çalışdım, amma mümkün deyildi. Lyuis son dövrələrdə çox sürətli idi və müdafiəmiz bəs eləmədi. Düzünü desəm, Lyuis son iki döngədə səhvlər edirdi. Çünki çox sürətli idi və belə sürətli maşınla ötmə etmək 8 dövrə çəkməməlidir. Onsuz da bir az trayektoriyasını dəyişən kimi Karlosu 1 dövrəyə keçə bildi. Bunu çox gec başa düşdü”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*