M.Ferstappen: Mercedes-in bəzi illərdə olduğu qədər üstün deyilik

Lyuisin Red Bull-un builki maşını qədər güclü maşın görmədiyini deməsinə nəhayət, Maksdan da cavab gəlib.

F-1.az xatırladır ki, turboera başlayandan sonra uzun müddət dominant maşınla yarışan britaniyalı sürücünün RB19 barədə fikirlərinə bir çoxları reaksiya verib.

Maks Ferstappen: “Düşünürəm ki, statistikaya baxsanız, bunun yalan olduğunu başa düşəcəksiniz. Amma bizim də çox gözəl maşınımız var! Bunda, əlbəttə ki, heç bir qəbahət yoxdur. Amma yenə də bəzi illərdəki Mercedes kimi dominant deyilik.

Mercedes-in çox üstün olduğu səkkiz il ərzində biz də fərqi aradan qaldırmağa çalışdıq – belə hallarda edə biləcəyiniz yeganə şey budur!”.
, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*