Lyuis Həmilton yenilənmiş güc qurğusundan razıdır

Şarl Lekler Monzada sərbəst yürüşlərin ilk sessiyasının protokoluna başçılıq edib, ikinci məşqdə isə ikinci nəticəni göstərib. Onun komanda yoldaşı Lyuis Həmilton isə müvafiq olaraq ikinci və beşinci olub. Ferrari sürücüləri günü üç fərqli slik tərkibini və yenilənmiş güc qurğusunu dəyərləndirməyə həsr ediblər.

Lyuis Həmilton: “Günün nəticələri birmənalı olmadı, amma çox faydalı məlumat topladıq. Yenilənmiş güc qurğusu düzgün istiqamətdə atılmış addım oldu və görülən işə görə bazadakı hər kəsə çox minnətdaram.

Gün ərzində sazlamalarda bir neçə dəyişiklik etdik və müsbət məqamlar tapdıq, amma maşının potensialını hələ də tam üzə çıxarmaq və həqiqətən yaxşı dövrə vurmaq bizim üçün çətindir.

Komanda bəzi məqamları daha yaxşı anlamalıdır, buna görə də bu axşam telemetriya məlumatlarını diqqətlə təhlil edəcəyik və şənbə günü sıralanma turuna ən yaxşı vəziyyətdə yanaşmaq üçün maşını daha uyğun iş rejiminə gətirməyə çalışacağıq”.