Belçika-2017: DHL Fastest Pit Stop Award

Artıq üçüncü ildir ki, Formula1-də mövsüm ərzində daha çox sürətli pit-stoplara görə fərqlənən komanda müəyyən olunur. Yekunda isə həmin komandaya Formula1-in rəsmi tərəfdaşlarından biri olan DHL-in təsis etdiyi DHL Fastest Pit Stop Award mükafatı verilir.

F-1.az xəbər verir ki, Mercedes AMG komandasının mexanikləri Lyuis Həmilton üçün etdikləri pit-stopla bütün rəqiblərini qabaqlayıblar və Williams-ın ardıcıl üç yarışlıq hegemonluğuna son qoyublar. Macarıstanda üçüncü nəticə göstərən Toro Rosso-nun əməkdaşları bu dəfə daha yaxşı fərqləniblər – onlar Mercedes-li həmkarlarına cəmi 0.01 saniyə məğlub olublar. İlk üçlüyü isə Ferrari mexanikləri tamamlayıblar.

Williams komandası bu dəfə yalnız dördüncü nəticə göstərə bilib. Mercedes, Ferrari və Haas komandaları ilk onluğa iki nəticə ilə düşə biliblər.

Komanda Avstraliya Çin Bəhreyn Rusiya İsaniya Monako Kanada Azərbaycan Avstriya Britaniya Macarıstan Belçika İtaliya Sinqapur Malayziya Yaponiya ABŞ Meksika Braziliya Əbu Dabi Cəmi
1. Williams 40 25 31 25 12 12 25 0 43 31 43 12 299
2. Mercedes 26 1 8 20 40 33 30 12 15 33 12 29 259
3. Red Bull 6 27 19 25 18 25 8 18 10 22 0 1 179
4. Ferrari 11 20 10 1 6 1 16 25 14 1 14 21 140
5. Toro Rosso 12 10 1 20 20 10 0 1 12 0 23 18 127
6. Force India 6 12 30 4 1 4 17 27 0 0 0 2 103
7. Haas 0 6 0 0 4 8 0 12 4 10 6 18 68
8. McLaren 0 0 2 6 0 8 5 6 2 4 1 0 34
9. Renault 0 0 0 0 0 0 0 0 0 0 2 0 2
10. Sauber 0 0 0 0 0 0 0 0 1 0 0 0 1
, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*